AZ

Gürcüstan Avronestlə əməkdaşlığı dayandırdı

Gürcüstan nümayəndə heyəti Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün yaratdığı Avronest Parlament Assambleyasının sessiyalarında iştirakını dayandırır.

"Yeni Sabah" qruzia online-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin bəyanatında deyilir.

"Tamamilə aydındır ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələri şantaj etmə və onları dar siyasi gündəliyə qoşma üçün alətə çevirib. Bunu nəzərə alaraq, Gürcüstan parlamentinin daimi nümayəndə heyəti Avronestin gələcək sessiyalarında iştirak etməyəcək". Toyuqlu pizza

Onun sözlərinə görə, Avronest “Şərq Tərəfdaşlığı” təşəbbüsünü təşviq etməli idi, lakin Avropa Parlamentinin deputatları Gürcüstanla bağlı Gürcüstan cəmiyyəti üçün “qəbuledilməz və qəddar” olan, konkret olaraq “2024-cü il parlament seçkilərini saxtakarlıq adlandıran” bir sıra qətnamələr qəbul ediblər.

"Gürcüstan Şərq Tərəfdaşlığı təşəbbüsünə həmişə konstruktiv, məhsuldar və əhəmiyyətli töhfə verib. Ona görə də konstruktiv dialoq üçün müvafiq şərait yaranarsa, Gürcüstan nümayəndə heyəti bu parlament platforması ilə yenidən əlaqə saxlamağa hazırdır", - Papuaşvili bəyanatında bildirib.

"Şərq Tərəfdaşlığı" 6ı keçmiş Sovet ölkəsi: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə inteqrasiya əlaqələrini inkişaf etdirmək üçün Aİ layihəsidir.


Telegram kanalımız
Seçilən
106
yenisabah.az

1Mənbələr