Rusiya ordusu gecə saatlarında Ukraynanın Nikolayev şəhərinə qanadlı raketlərlə kütləvi zərbələr endirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nikolayev Vilayət Administrasiyasının rəhbəri Vitaliy Kim məlumat verib.
O bildirib ki, hücum uzun müddət davam edib:
“Nikolayevə endirilən raket zərbələri nəticəsində yaralananlar var. Raketlərin qırıntıları və partlayıcıların dalğaları səbəbindən ətrafdakı üç fərdi ev və bir çoxmənzilli bina, həmçinin elektrik şəbəkəsi xətti zədələnib".
“Cebheinfo.az”