AZ

Putin məşhur azərbaycanlı qadına yüksək rütbə verdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Mavrikidəki səfir İradə Zeynalova fövqəladə və səlahiyyətli səfir rütbəsi verib. 

Globalinfo.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kreml rəhbəri Zeynalovaya xüsusi diplomatik rütbənin verilməsi üçün fərman imzalayıb.

Qeyd edək ki, keçmiş jurnalist olan İradə Zeynalova 2024-cü ildə Mavrikiyə səfir təyin edilib. Bundan sonra jurnalist karyerasını bitirdiyini açıqlayıb. Onun Rusiya Prezidenti tərəfindən təltif edilməsi böyük maraqla qarşılanıb.

Zeynalovanın atası Avtandil Zeynalov azərbaycanlı, anası rusdur. O, Moskvada doğulub və böyüyüb. İradə Zeynalova səfir təyin edildiyi zaman kimi Rusiyanın məşhur jurnalistlərindən biri olaraq tanınıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
globalinfo.az

1Mənbələr