AZ

Crossmedia-nın 1 yaşı tamam oldu

Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.

Portalın əsas istiqamətlərindən biri də Milli Məclisin fəaliyyəti, parlament iclaslarında müzakirə olunan qanun layihələri, qərarlar və aktual siyasi mövzuların işıqlandırılmasıdır. Portal mütəmadi olaraq Milli Məclisin plenar iclasları, komitə və işçi qrupunun toplantıları barədə operativ və dolğun xəbərlər təqdim edir. Bununla yanaşı, millət vəkillərinin çıxışları, təklifləri və qanunvericilik təşəbbüsləri barədə oxuculara analitik və obyektiv məlumatlar çatdırılır. Crossmedia.az təkcə faktların deyil, həm də fikirlərin platforması kimi çıxış edir — deputatlarla ölkə gündəminə, siyasi-ictimai proseslərə, iqtisadi islahatlara dair mütəmadi müsahibələr və açıqlamalar dərc olunur.

Xüsusilə Prezident İlham Əliyevin fəaliyyətinə, səfərlərinə, sərəncam və qərarlarına, həyata keçirdiyi islahatlara dair millət vəkillərinin baxışlarını və şərhlərini oxuculara təqdim etmək saytın fəaliyyətində mühüm istiqamət sayılır. Deputatlarla aparılan müsahibələrdə dövlət başçısının siyasətinin mahiyyəti təhlil olunur və analitik təqdimatı həyata keçirilir. Toyuqlu pizza

Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, onlara bu geniş fəaliyyətlərində uğurlar arzu edirik!


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr