Sportal.az saytına istinadən ain.az xəbər verir.
PSJ-nin sabiq hücumçusu, hazırda “Real”da çıxış edən Kilian Mbappe Paris və Madrid klublarını müqayisə edib.
Sportal.az xəbər verir ki, fransalı futbolçunun sözlərini İspaniyanın Marca nəşri yayıb. Mbappe bu klubların fərqli olduğunu bildirib:
“Bu, tamamilə fərqli tarixə malik iki klubdur. PSJ daha gəncdir, “Real” isə uzun illərə və daha dərin tarixə sahibdir. Mədəniyyət də fərqlidir. Şübhəsiz ki, “Real” dünyanın ən yaxşı və ən böyük klubudur, lakin PSJ də ən güclülərdən biridir, xüsusilə də Çempionlar Liqasını qazandıqdan sonra. Onlar futbola iki müxtəlif baxışı təmsil edirlər. Mən həm PSJ-nin bir hissəsi olduğum, həm də indi “Real”ın formasını geyindiyim üçün qürur duyuram”.
Qeyd edək ki, Kilian Mbappe 2017–2024-cü illər arasında PSJ-nin heyətində çıxış edib. O, bu müddətdə Paris təmsilçisinin forması ilə 308 oyuna çıxıb, 256 qol vurub və 110 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.