BAKI, 1 noyabr. TELEQRAF
“Sumqayıt Kimya Sənaye Parkı”nın Peşə Təhsil mərkəzinin inzibati-tədris binası, eyni zamanda Sənaye Parkları və Sənaye Məhəlləsində olan bina və qurğular cari təmir ediləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərin icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin "Tikinti-Təchziat Birliyi" MMC "S.H. İnşaat Xidməti" MMC ilə 4 milyon 26 min 680 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, sözügedən işlərin görülməsinə oktyabrın 29-dan start verilib, bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
Onu da bildirək ki, "S.H. İnşaat Xidməti" MMC 2011-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Səməd İsmayıl oğludur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta