AZ

Azərbaycanlı rejissorun filmi birinci oldu

31 oktyabrda III Sinemo Beynəlxalq Mobil Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasim Nizami Kino Mərkəzində baş tutub.

Festivalın əsas mükafatı olan “Ən yaxşı bədii film” mükafatına rejissor Fərid Kərimin "Yer kürəsinin sakinləri" ("The Earth’s Inmates") bədii filmi layiq görülüb.

Qeyd edək ki, təsisçisi Ruslan Sabirli olan festivalın Yerli münsiflər heyətində kinorejissor Məzahir Həşimov, ssenarist Elvin Paşa, kinorejissor Amil Amal yer alıb.

Seçilən
7
2
kulis.az

4Mənbələr