Bolqarıstan parlamenti ölkədə dizel və aviasiya yanacağının ixracını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
Musavat.com xəbər verir ki, qərar, ABŞ prezidenti Donald Tramp administrasiyasının “Rosneft” və “LUKOIL”-ə qarşı tətbiq etdiyi yeni sanksiyalar fonunda qəbul olunub.
Məqsəd – yanacaq qıtlığının qarşısını almaq və daxili bazarın sabitliyini qorumaqdır.
Dpa agentliyinin məlumatına görə, məhdudiyyətlər Avropa İttifaqı ölkələrinə ixracı da əhatə edir.
Musavat.com