BAKI, 1 noyabr. TELEQRAF
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, oktyabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 pulemyot, 2 tapança, 8 qumbara, 4009 trotil, 1 alışdırıcı, 13 tüfəng, 80 patron darağı, 9035 ədəd müxtəlif çaplı patron və 3 süngü bıçaq aşkar edərək götürüblər.