AZ

Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloqa hökm oxundu

Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən Gülarə Ağayevanın (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Ağayeva 5 il azadlıqdan məhrum edilib.

İttihama görə, ali təhsilli olan G.Ağayeva 2003-cü ildə ailə həyatı qurub və birgə nikahdan 2015-ci ildə qızı olub. Bir müddət Bakıda 6 saylı uşaq bağçasının müdiri işləyən qadın daha sonra fərdi psixoloq kimi fəaliyyət göstərməyə başlayıb.

2018-ci ildə G.Ağayeva həyat yoldaşından ayrılıb. Məhkəmənin qərarı ilə 2015-ci il təvəllüdlü qızı onun himayəsində qalıb.

Seçilən
16
8
publika.az

9Mənbələr