AZ

Bu gün İstanbulda derbi var

ain.az, Metbuat portalına istinadən məlumat verir.

Bu gün Türkiyə çempionatında 11-ci turun oyunları keçiriləcək.

Mətbuat.az xəbər verir ki, turun mərkəzi oyunu İstanbulda baş tutacaq. "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edəcək.

Yerli KİV-in yazdığına görə, hər iki komanda oyuna ciddi hazırlaşıb. İstanbul təmsilçisi rəqibini məğlub edərək liderliyini davam etdirmək istəyir. "Trabzonspor" isə meydandan qalib ayrılıb aradakı xal fərqini 2-yə endirməyi hədəfləyir.

Qeyd edək ki, indiyə kimi keçirilmiş 10 turun nəticələrinə görə, "Qalatasaray" 28 xalla turnir cədvəlinə liderlik edir. Sarı- qırmızıların ən yaxın təqibçisi "Trabzonspor" isə 23 xalla ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
metbuat.az

2Mənbələr