AZ

Oğlanların sayı qızlardan niyə azdır? - SƏBƏB

Ölkəmizdə əhalinin sayında qadın və kişilər üzrə müəyyən fərqliliklər nəzərə çarpır. Belə ki, Azərbaycanda, əhalinin təxminən 49,8 %-i kişi, 50,2 %-i isə qadındır. Lakin bəzi yaş qruplarında (xüsusən 0–19 yaş arası) oğlanlar qızlardan sayca çoxdur.

Modern.az qeyd edilən göstəricilər arasındakı fərqlər, mövcud say bərabərsizliyinin səbəblərini müəyyənləşdirmək üçün "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.

O saytımıza açıqlamasında bildirib ki, bu balans reproduktiv dövrdə və yaşlılıqda tərsinə çevrilir. Ekspertin sözlərinə görə, kişilər qadınlardan daha tez və çox sayda vəfat etdiyinə görə yaşlı əhali arasında qadın üstünlüyü yaranır.

M.Zeynalova bu fərqin əsas səbəblərini belə izah edib:

“Bu fərqin yaranmasında bir neçə əsas amil rol oynayır. İlk növbədə, bəzi ailələrdə oğlan uşağına üstünlük verilməsi selektiv abortlara və cinsə görə doğuş seçimlərinə gətirib çıxarır. Bu, qız uşaqlarının doğulma sayının azalmasına səbəb olur. Digər tərəfdən, kişilərdə sağlamlıq və həyat tərzi ilə bağlı problemlər – spirtli içki, siqaret, ağır fiziki əmək və stress də ölüm göstəricilərini artırır. Habelə, gənc kişilər arasında qəza və zorakılıq nəticəsində ölüm halları da daha çox qeydə alınır".

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanda əhali arasında müşahidə olunan say bərabərsizliyi təkcə bioloji deyil, həm də mədəni və sosial amillərin təsiri ilə formalaşır.

"Bu göstəricilər cəmiyyətdə gender stereotiplərinin hələ də güclü olduğunu və sosial bərabərliyin tam təmin olunmadığını göstərir”,- deyə M.Zeynalova bildirib.

Seçilən
15
3
modern.az

10Mənbələr