AZ

TFF prezidenti: “3 min 700 futbolçu barəsində mərc oyunlarında iştirakla bağlı araşdırma aparılır”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, ölkə futbolunu sarsıtmış hakimlərin mərc oyunlarında iştirakı ilə bağlı yeni açıqlamalar verib.

İdman.Biz bildririr ki, Hacıosmanoğlu hakimlərdən əlavə, bir çox futbolcunun da mərc oynadığını bildirib.

“Rəqəmlər ortaya çıxanda həqiqətən üzüldüm. Nə tələb olunursa, onu da edəcəyik. Hakimlərlə başladıq, indi sıra futbolculardadır. 3 min 700 nəfər haqqında araşdırmaya başlamışıq”, deyə TFF prezidenti bildirib.

Daha əvvəl Hacıosmanoğlu, peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc platformalarında qeydiyyatının olduğunu açıqlayıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
icma.az

2Mənbələr