Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad olunmasına münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə sabiq deputat sosial şəbəkədə paylaşım edib:"Vaxtilə məni dərs dediyim Qafqaz Universitetindən işdən çıxaran Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanı bu gün dərs dediyi Tibb Universitetindən işdən çıxarıblar. Düzdür, arada böyük fərqlər var. Nigarın qayınatasının günahı vətən xaini olmasıdır. Mən bir insanın toyuğuna daş atmamışdım, Mehdiyev minlərlə ev yıxıb. Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı, Nigarın əri Teymur Mehdiyev hələ bu gün də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavinidir. Mənim ailəmin yeganə çörək ağacını Ramiz Mehdiyev sadiq nökəri Ziya Məmmədov vasitəsilə zorla, şantaj, təhdid, hədə-qorxu ilə əlimizdən almışdı, Mehdiyevlərin isə hələ də dəyəri milyardlarla ölçülən biznes imperiyası yerindədir".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.