“Barselona”nın gənc ulduzu Lamin Yamal həm meydanda, həm də meydandan kənarda diqqət çəkir.
Publika.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, 17 yaşlı futbolçu Kataloniya klubunun təlim bazasına yaxın prestijli “Esplyuqes-de-Lyobreqat” rayonunda 11 milyon avro dəyərində lüks villaya sahib olub.
Xüsusi məqam ondan ibarətdir ki, bu ev əvvəllər məşhur cütlük – Jerar Pikenin və Şakiranın mülkiyyəti olub. Həmin villada İspaniyanın ən tanınmış ailələrindən biri yaşamışdı, ta ki cütlük ayrılana qədər.
Qeyd olunur ki, Lamin yeni evini simvolik olaraq “müqəddəs” etmək istəyib. İnternetdə yayılan videoda o, kiçik qardaşı Keyn ilə birlikdə 2010 Dünya Çempionatının rəsmi himni olan “Waka Waka” mahnısını ifa edib. Bu mahnı Şakiranı futbol azarkeşləri arasında dünya şöhrətinə çıxarmışdı.