
Yumuşaq, şirin və tez hazırlanan bu peçenye resepti ilə çay saatlarınızı daha ləzzətli edinTərkibi:- Kefir – 130 ml - Yumurta – 1 ədəd - Duz – 1/3 çay qaşığı - Şəkər – 1 stəkan (xəmirdə) - Bitki yağı – 80 ml - Qabartma tozu – 1 çay qaşığı - Un – 300 qram - Üzəri üçün – şəkərHazırlanması:1. Yumurtanı şəkər və duzla qarışdırın. 2. Üzərinə kefir və yağı əlavə edib qarışdırın. 3. Qabartma tozunu və unu hissə-hissə əlavə edib yumşaq xəmir yoğurun. 4. Xəmirdən kündələr düzəldib üzərinə şəkər səpin. 5. 180°C-də 15-20 dəqiqə bişirin. Reseptlərinizi bizimlə paylaşmaq və saytda dərc etdirmək istəyirsinizsə, əlaqə saxlaya bilərsiniz: [email protected]
Ulusum.az
Diqqət Çəkənlər