AZ

Üç azərbaycanlı "Napoli" yolunda

Azərbaycanlı hakim Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, FIFA referisi UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Napoli" - "Ayntraxt" matçını idarə edəcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Cüzeppe Kollu yerinə yetirəcək.

"Napoli" - "Ayntraxt" qarşılaşması noyabrın 4-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Seçilən
0
10
sportinfo.az

7Mənbələr