AZ

Tramp naziri təkzib etdi: Kanada ilə ticarət danışıqları bərpa olunmayacaq!

ABŞ-ın Kanada ilə ticarət danışıqlarını bərpa etmək planı yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Air Force One təyyarəsində jurnalistlərə deyib.

Maraqlıdır ki, ABŞ-ın energetika naziri Kris Rayt ölkənin məqsədinin Kanada ilə əsas minerallar, neft və qaz üzrə ticarət müzakirələrini bərpa etmək olduğunu deyib. Lakin o, iki ölkə arasında fikir ayrılıqlarının "əsaslı səbəblərdən" yarandığını vurğulayıb.

Qeyd edək ki, Kanadanın əsas sənaye bölgəsi olan Ontario ABŞ telekanallarında Tramp tərəfindən tətbiq edilən tarifləri ləğv etmək məqsədi daşıyan reklam kampaniyasına başlayıb. Reklamların birində ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın tarifləri tənqid etdiyi və azad ticarət prinsiplərini müdafiə etdiyi çıxışından parçalar yer alıb. Həmin reklam ABŞ mediasında geniş yayılıb.

Bu reklamdan qəzəblənən Tramp oktyabrın 23-də Vaşinqtonun Ottava ilə ticarət danışıqlarını dayandırdığını elan edib.

 

Musavat.com

Seçilən
19
12
musavat.com

10Mənbələr