AZ

Hərbi bilet haqqında vacib məlumat

21:21 31.10.2025
21:21 31.10.2025

Hərbi qeydiyyat sənədlərinin qorunması və düzgün saxlanılması hər bir vətəndaş üçün vacib şərtdir. Bəs bu sənədləri itirən şəxsləri hansı cəza gözləyir?

Mynews.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən, hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanması və ya itirilməsi inzibati məsuliyyət yaradır.

Belə hallarda vətəndaşa xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq olunur.


Seçilən
36
16
mynews.az

10Mənbələr