AZ

Arıq, amma qarnı irəli uşaqlar... Bu normaldır, yoxsa nələrisə yoxlamalıyıq?

ain.az, Medicina portalına istinadən məlumat yayır.

"Əgər uşaq arıqdırsa, əlbəttə ki, qarın böyüklüyü köklükdən deyil, yəni piy deyil. İlk növbədə qarın bərk və uşaq narahatdırsa qarın boşluğu USM (uzi) olunmalıdır. Çünki belə halda qarın boşluğunda törəmə (şiş), maye toplanması, qaraciyər böyüməsi ola bilər. Usm olundu və hər şey yaxşıdır o zaman ikinci mərhələ analizə keçməliyik".

Medicina.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib.

O, qeyd edib ki, qarın böyüməsi zəif əzələlər hesabına ola bilər:

"Yəni qarnın ön divarında olan düz əzələlər zəif olur və irəli boşalmış olur. Buna qurbağa qarnı deyilir və daha çox raxit xəstəliyi zamanı, D vitamini və kalsium azlığından əzələ tonusunun azalması nəticəsində müşahidə edilir. Amma 1-2-3 yaş ətrafı...

Uşaq böyüdükcə bu səbəb öz yerini narahat bağırsaqlara verir. Yəni qarın əzələləri zəif olsa da onu arxadan nəsə itələməsə o çox da irəli gəlməz. Onu itələyən isə narahat bağırsaqlardır. Sanki bağırsaqlar özünə geniş yer açır. Hətta belə qarnı düzləşdirmək də çətin olur, yəni geri çəkib saxlayırsan amma bu, elə də asan olmur, sanki qarnı rahat buraxacağın anı səbirsizliklə gözləyirsən. Bəs bağırsaqları narahat edən nədir ?

İlk növbədə qida. Onun divarını qıcıqlandıran, iltihab yaradan qida. Bu müxtəlif qidalar ola bilər. Öncəliklə allergiya verə biləcək məhsullar, inək südü, qlüten, taxılların digər zülalları, araxis və başqa bəzi məhsullar ola bilər. Əsas da abur-cubur.

- Candida (kandida) göbələyi artımı. Onun qidası şəkərdir və şəkər çox yeyən uşaqların bağırsaq muhitində göbələk aktivıəşir, pis bakteriyalar artır və qıcqırma prosesi üstünlük təşkil edir, artıq qazlar yaranır, nəticədə bağırsaq narahat olur.

- Artıq yemək. Uşaq normasından artıq yeyəndə (əsas da ət və yumurta) özünə aid olan həzm fermentləri yeməyə görə azlıq edir və yenə həzm tam getmir, çürüdücü bakteriyalar aktivləşir, çoxlu qazlar yaranır yenə bağırsaq narahat olur.

- Qəbizlik. Uzun müddət (7-10 gün) bağırsaqların dolu qalması, nəcis daşları, əlbəttə bağırsaqları narahat edəcək.

- Öd ifrazının pis olması. Öd yollarının diskineziyası, yəni pis işləməsi əksər uşaqlarda olur. Bu zaman öd yaxşı çıxmır. Biz isə uşağa yağlı yeməklər veririk və öd çatmayanda yenə fermentlər aktivləşə bilmir".

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
icma.az

5Mənbələr