AZ

Dünyanın ən abad bölgələrindən birinə çevriləcək Şərqi Zəngəzur Mövqe

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı Horovlu kəndinin açılışında iştirakı Qarabağın və Şərqi Zəngəzurun daha bir kəndində həyatı öz axarına qaytardı.Bunu Ölkə.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin Cəbrayıl rayon mərkəzində məscidin təməl qoyma mərasimində iştirakı da çox sevindirici və tarixi hadisə idi. “Müzəffər Ali Baş Komandanın bilavasitə diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini ənənələrimiz də bərpa olunur, onlar yenidən həyata vəsiqə alır. Məscidlər yalnız ibadət yerləri deyil, eyni zamanda torpaqların hansı xalqa və millətə mənsubluğunu bildirən dini abidələrdir. Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni məscidlər inşa olunur, köhnələri bərpa olunur. Bu Prezident İlham Əliyevin tarixi-dini abidələrimizə, milli kimliyimizə, mənəvi dəyərlərimizə yüksək diqqətinin daha bir göstəricisidir”, - deputat qeyd edib.Deputat əlavə edib ki, Prezident İlham Əliyevin şəhər mərkəzində yeni binaların təməl qoyma mərasimində də iştirak etdi  və bu binalar da inşa işləri yekunlaşdırılaraq sakinlərimizin istifadəsinə veriləcək: “Tezliklə bu ərazilərdə də həyat öz axarına qayıdacaq. Prezident İlham Əliyev Cəbrayıla səfər zamanı Şahvəlli kəndində “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməl qoyma mərasimində iştiraki isə  bölgənin dayanıqlı enerji ilə təchiz olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Şərqi Zəngəzur bölgənin, eləcə də dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.

 Mürtəza Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
olke.az

3Mənbələr