Dövlət Turizm Agentliyi (DTA) qış turizmi ilə bağlı təbliğat xidmətlərinə 141 284 AZN sərf edəcək.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, xidməti “International Ski Mountaineering Federation” (Beynəlxalq Xizək Alpinizmi Federasiyası) göstərəcək.
Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.