ARB TV-də yayımlanan “Günə Bax” verilişinin adından istifadə edilərək müğənnilərin aldadılması halları aşkarlanıb.
NOCOMMENT.az xəbər verir ki, bunu verilişin aparıcısı İlqar Mikayıloğlu bildirib.
Aldadılan müğənniyə ayın 4-ü üçün efirə çıxış və anons adı ilə 100 manat qarşılığında söz verilib. Lakin vəziyyətdən şübhələnən ifaçı ARB TV ilə əlaqə saxlayaraq baş verənləri çatdırıb, bütün yazışmaları təqdim edib. Dominos pizza
İlqar Mikayıloğlu veriliş zamanı yazışmaları ekranda nümayiş etdirərək məsələnin ciddiliyini ictimaiyyətə açıqlayıb.