AZ

Boranıkənddə ölən gəncin fotosu yayıldı

Salyan rayonunda elektrik cərəyanı vurması nəticəsində ölən gəncin fotosu yayılıb.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Boranıkənddə qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini İlqar Əliyev yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıq nəticəsində elektrik naqillərinə toxunub və yerə çırpılıb.

Ağır bədən xəsarətləri alan İlqar Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, iki gün sonra dünyasını dəyişib.

Seçilən
8
5
nocomment.az

3Mənbələr