AZ

Azərbaycanda əmək müqavilələrinin sayı artıb -

“2019-cu ilin əvvəli ilə müqayisədə 2024-cü ildə 539 922 əmək müqaviləsi bağlanıb. 2025-ci ildə isə bu rəqəm 983 208 olub. Əmək münasibətləri üzrə “ağarma” 82,1% təşkil edib”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) şöbə müdiri Niyaz Şükürov “Azərbaycanın vergi sistemi - retrospektiv baxış (2000-2025-ci illər) və gələcək inkişaf strategiyası (2025-2028-ci illər)” adlı təlimdə deyib. Niyaz Şükürov bildirib ki, DVX-nın 2025-2028-ci il üzrə strategiyası hazırlanıb. Strategiyada fundamental dəyişikliklərin fəlsəfəsi şəffaflıqdır:“Eyni zamanda ictimai etimadın möhkəmlənməsi, ədalətli mükafatlandırma, təhlil və irəliləyiş imkanlarından irəli gəlir. DVX-nın dəyərləri sırasında peşəkarlıq və qarşılıqlı hörmət əsas yer tutur. Həmçinin sahibkarlıq subyektlərinin qanuni mənafelərinə, əməkdaşlarımızın hüquqlarına hörmətlə yanaşılır. İnnovativlik, təşəbbüskarlıq və proaktivlik də DVX-nın gələcək strategiyasına daxildir. Bu strategiyada əməkdaşlıq və komanda işi strukturlararası koordinasiyalı işin qurulmasında çox vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
4
47
metbuat.az

10Mənbələr