Balakən rayonunun sabiq icra başçısı İslam Rzayev həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İslam Rzayev DTX-nın Balakən rayon icra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.