Apellyasiya Arbitraj Tribunalı "İmişli" klubuna verilmiş texniki məğlubiyyətlə bağlı qərarı qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, bölgə təmsilçisi apellyasiya şikayəti versə də, AFFA İntizam Komitəsinin qərarı olduğu kimi qalıb.