"ABŞ-nin Karib dənizində üzən gəmilərə havadan hücumları beynəlxalq humanitar hüququ pozur".
Moderator.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ravina Şamsadani brifinqdə qurumun başçısı Volker Türkün adından bəyan edib.
Bildirilib ki, ABŞ zərbə endirməyə son qoymalı və onların qarşısını almaq üçün tədbirlər görməlidir.
Qeyd edək ki, ABŞ mütəmadi olaraq Karib dənizində narkokartellərə məxsus gəmilərə zərbələr endirir. Sonuncu belə zərbəni oktyabrın 24-də endirib və narkokartellərə məxsus bir gəmini məhv edib.
Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, hücum zamanı gəminin altı heyət üzvü həlak olub, ABŞ hərbçiləri arasında isə itki olmayıb.