AZ

Gürcüstanda dövlət qulluqçularına əlavə ödənişli iş qadağan olunur

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstanda dövlət qulluqçularına işlədikləri yerdən əlavə başqa ödənişli fəaliyyətlə məşğul olmaq qadağan ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı qanun sabahdan qüvvəyə minəcək.

Yeni tələblərə əsasən, dövlət qulluqçuları elmi, pedaqoji və yaxud yaradıcı fəaliyyətlə yalnız müvafiq dövlət qurumu və yaxud səlahiyyətli şəxsin yazılı razılığı əsasında məşğul ola biləcəklər.

Yazılı icazəni dövlət qurumlarında və publik hüquqlu şəxslərdə əmək müqaviləsi əsasında çalışan və digər ödənişli işdən gəlir əldə etmək istəyən əməkdaşların da alması tələb olunacaq. Belə yazılı razılıq yalnız bir il müddətinə veriləcək.

Dövlət sektorunda çalışan şəxs qanunu pozacağı halda vəzifəsindən qovulacaq və iki il müddətinə dövlət xidmətində məşğulluq hüququndan məhrum ediləcək.

Yeni qanunu şərh edən Baş nazir İrakli Kobaxidze bildirib ki, xərclərin və kadrların optimallaşdırılması həyata keçiriləcək ki, bunun da sayəsində dövlət sektorunda xidmət daha səmərəli olacaq.

“İki və yaxud üç müxtəlif qurumda səkkiz saat işləmək nəzəri olaraq mümkün deyil. Bu təcrübə dəyişdirilməlidir”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
apa.az

2Mənbələr