AZ

Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün ölümü ilə bağlı istintaq davam edir.

Axşam.az xəbər verir ki, mərhum ifaçının qızı Tuğyan Ülkem Gülterin rəfiqəsi Bircan Dülger prokurorluğa çağırılıb. O, ifadəsi zamanı anasını rəfiqəsinin öldürdüyün deyib.

Türk mediası onun ifadəsini yayımlayıb. İfadədə bunlar yer alıb:

"Məncə, Güllü yıxılmayıb, qızı tərəfindən itələnib. Dəfn mərasimindən sonra evə getdik. Tuğyan mənə dedi ki, bunu etdim, amma çox peşmanam. İllər əvvəl Tuğyan Güllünü mətbəx önlüyü ilə bağlamışdı. Mənə zəng edib dedi ki, bu qadını öldürəcəyəm. Tuğyanın hazırkı sevgilisi evlidir və bir uşağı var. Tuğyan və anası bu barədə daim mübahisə edirdilər. Bir gün Tuğyan məndən soruşdu: "Anamın maşınının əyləcini sındırıb, onu uçurumdan atmalıyam, yoxsa nə etməliyəm?".

Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
axsam.az

2Mənbələr