AZ

Elektrik enerjisi ixracından gəlirlər 21 milyon dollara yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə 53,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 9 ayı ilə müqayisədə 20,7 milyon ABŞ dolları və ya 27,8% azdır.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.


Seçilən
23
2
fed.az

3Mənbələr