Bu gün Premyer Liqada 10-cu tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
Son çempion "Qarabağ" "İmişli"ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Hazırda turnir cədvəlində "Qarabağ" 17 xalla 2-ci (8 matça), "İmişli" isə 12 xalla 7-cidir (9 oyuna).
Turun digər qarşılaşmaları isə 1, 2 və 3 noyabr tarixlərində keçiriləcək.
17:00. "Qarabağ" – "İmişli" 0:0
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Azersun Arena”