AZ

Polşa şimal şərq sərhədini dörd ərazi müdafiə briqadası ilə gücləndirəcək

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşa şimal-şərq sərhədinə dörd ərazi müdafiə briqadası göndərəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış X sosial şəbəkəsində məlumat verib.

Şimal-şərq sərhədində 1-ci Podlaskie Briqadası, 4-cü Warmian-Masurian Briqadası, 19-cu Pribuzhskaya Briqadası və 20-ci Briqada yerləşdiriləcək.

Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, bu, NATO-nun şərq cinahının və Polşanın şimal-şərq sərhədinin möhkəmləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
icma.az

2Mənbələr