AZ

Ukrayna Gürcüstandan 44 milyon rubl dəyərində generatorlar alacaq

Ukrayna

Gürcüstan hökuməti Ukraynaya generator şəklində 1,5 milyon lari (44 milyon rubl) yardım göndərəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

“Qərara əsasən, Gürcüstanın Energetikanın İnkişafı Fondu Ukraynaya çatdırılması üçün 1,5 milyon lari dəyərində müxtəlif növ generatorlar alacaq”, - deyə telekanal agentliyin qərarından sitat gətirir.

Bu qərarı baş nazir İrakli Kobaxidze cümə günü, oktyabrın 31-də imzalayacaq.

Məryəm Quliyeva

Seçilən
31
1
xalqcebhesi.az

2Mənbələr