AZ

Bulvar İdarəsi Xalça Muzeyini necə abadlaşdıracaq? 124 minlik müqavilə

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Xalça Muzeyi Dənizkənarı Bulvar İdarəsi ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə abadlaşdırma işlərinin satın alınması nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 124 754 manat təşkil edir. 

Dənizkənarı Bulvar İdarəsi adından da göründüyü kimi Milli Parkın idaəriçiliyini həyata keçirən qurumdur. Abadlıq işlərinin həyata keçirilməsi bu idarənin profilinə aid deyil. Bu baxımdan, Azərbaycan Xalça Muzeyi ilə idarə arasındakı müqavilə anlaşılan deyil. 

Dənizkənarı Bulvarı İdarəsi bir müddət əvvəl Milli Parkın "Green Flag” mükafatı alması ilə gündəmə gəlmişdi. Qurumun keçmiş rəhbəri İlqar Mustafayevin məhkəmə prosesində Milli Parkın bu mükafata layiq görülməsi müəyyən şübhələrə səbəb olmuşdu. 

Dənizkənarı Bulvar İdarəsinin indiki rəhbəri Xanlar Ağalarovdur. O, 2024-cü ilin yanvarında bu vəzifəyə təyinat alıb. 

Seyid

HƏMÇİNİN BAX:

Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
qaynarinfo.az

7Mənbələr