AZ

Peskov: Tramp–Putin görüşünün ləğvi barədə qəzetlərə inanmayın

Kreml sözçüsü Dmitri Peskov Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin görüşünün təxirə salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, mətbuatda yayılan versiyalara deyil, Rusiya XİN-i və ABŞ Dövlət Departamentinin rəsmi açıqlamalarına əsaslanmaq lazımdır.

“Orada tamam fərqli ifadələr və fərqli qiymətləndirmələr səsləndirilib. Qəzetlərin yazdıqlarına deyil, rəsmi mənbələrə inanmaq lazımdır,” – deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "Financial Times" yazmışdı ki, ABŞ–Rusiya sammiti Lavrov və Marko Rubionun gərgin telefon danışığından sonra ləğv edilib.

Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr