AZ

İtkin düşən hərbçi Teymur Allahverdiyevin nəşinin qalıqları Neftçalada dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Allahverdiyev Teymur Qüdrət oğlu ilə vida mərasimi keçirilib.

Apa-nın xəbərinə görə, şəhidin nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Neftçala rayonunun Qaçaqkənd kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, rayon ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.

Seçilən
7
10
qaziler.az

10Mənbələr