AZ

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

Bakıda “Qarabağ” və “Çelsi” arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 min 250 bilet satılıb.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
11
16
msport.az

10Mənbələr