Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kiyev, 31 oktyabr, AZƏRTAC
Xarici təcavüz olmasa, Belarus müharibəyə getməyəcək.
AZƏRTAC “Belta”ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Berezinada yerli sakinlərlə görüşündə deyib.
"Bu gün o qədər qeyri-müəyyən, naməlum dövrdür ki, biz bu vəziyyətə dözməliyik. Dözüm etsək, övladlarımız yaşayacaq. Əgər dözməsək, bu uçuruma qərq olacağıq. Dünyada əllidən çox münaqişə və müharibə var. Biz döyüşmək istəmirik, əgər bizə toxunmasalar, sizİ əmin edirəm ki, müharibəyə qoşulmayacağıq. Bu, prezidentin və hökumətin əsas vəzifəsidir”, - deyə Lukaşenko əlavə edib.
Belarus Prezidenti qeyd edib ki, bəzi qonşu ölkələr hazırda ümumi daxili məhsulun 5 faizinə qədərini hərbi ehtiyaclara xərcləyirlər ki, bu da çox yüksək səviyyədir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.