AZ

ABŞ rəsmisi Zəngilanda gördüklərindən təsirləndi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Bölgədəki layihələr, o cümlədən infrastruktur həqiqətən təsiredicidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon APA-ya açıqlamasında bildirib.

“Azərbaycan Hökuməti bölgəyə səfər etməyimiz üçün bu fürsəti təşkil edib. Əslində mən ilk dəfədir ki, Bakıdan kənardayam və irəliləyişi görmək üçün burada olmaqdan çox həyəcanlıyam. Bu, bizim üçün xüsusilə həyəcanvericidir, əlbəttə ki, ABŞ-ın səfərə olan sadiqliyi realdır və əldə edilən irəliləyişi görməkdən çox məmnunam”, – Emi Karlon vurğulayıb.

Diplomat bölgədə gördüyü infrastruktur layihələrindən, yeni inşa edilən evlərdən, parklardan və məktəblərlə bağlı təəssüratını da bölüşüb.

“Bu, həqiqətən təsiredicidir”, – Emi Karlon əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
8
globalinfo.az

9Mənbələr