AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Allahverdiyev Neftçalada dəfn edilib

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Qüdrət oğluAllahverdiyev oktyabrın 31-də Neftçala rayonunun Qaçaqkəndkəndindəki qəbiristanlıqda dəfn olunub.

Trend xəbərverir ki, əvvəlcə Qaçaqkənd kəndində itkin şəhidlə vida mərasimiolub,cənazə namazı qılınıb.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətininnümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər,müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirakediblər.

Vida mərasimindən sonra hərbi orkestrin və yaylım atəşininmüşayiət itkin şəhid Qaçaqkənd kəndindəki qəbirstanlıqda torpağatapşırılıb.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə NeftçalanınQaçaqkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsizamanı döyüşlərə yollanıb, 1992-cü ildə Şuşa uğrunda gedəndöyüşlərdə itkin düşüb.

Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüşhesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfnolunan beş şəhiddən biridir.

Məqalədə:
Seçilən
24
6
az.trend.az

8Mənbələr