AZ

Aİ nın Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4 də dərc olunacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 31 oktyabr, AZƏRTAC

Genişlənmə üzrə Avropa komissarı Marta Kos 2025-ci il üçün genişlənmə paketini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinə təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

Bildirildiyinə görə, namizəd və potensial namizəd ölkələrin Avropa İttifaqına (Aİ) üzvlük yolunda əldə etdikləri irəliləyişlərə diqqət yetirilməklə bu məsələ ilə bağlı müzakirələr də aparılacaq.

Komissiyanın sözügedən dövlətlərdə Aİ ilə bağlı islahatları qiymətləndirməsindən sonra komitənin məruzəçiləri hər bir ölkə üzrə parlamentin gəldiyi nəticə və tövsiyələri əks etdirən qətnamə layihələri hazırlayacaqlar.

Qeyd edək ki, Aİ-nin Gürcüstanla bağlı genişlənmə hesabatı noyabrın 4-də dərc olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
50
azertag.az

10Mənbələr