AZ

Bu iqtisadiyyatın kölgə sektorunu azalda və şəffaflığı artıra bilər Millət vəkili

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

«Məlum olduğu kimi, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisinə tətbiq edilən 7 illik güzəşt müddəti artıq sona çatır. Bu səbəbdən, həmin sektor üzrə vergi dərəcələri yenidən qüvvəyə minəcək. Yeni mexanizmə əsasən, aylıq gəliri 2500 manata qədər olan əməkdaşlardan 3 faiz gəlir vergisi tutulması nəzərdə tutulur. Bu dəyişikliklər sosial istiqamətlərin maliyyələşdirilməsində, o cümlədən pensiyaların, təqaüdlərin və sosial yardımların artırılmasında mühüm rol oynaya bilər. Dövlətin əsas məqsədi sosial rifahın yüksəldilməsi, vətəndaşların gəlirlərinin sabitliyinin qorunmasıdır”.

Bunu millət vəkilli Vüqar Bayramov 525.az-a bildirib. O qeyd edib ki, vergi güzəştlərinin tədricən aradan qaldırılması iqtisadiyyatın kölgə sektorunu azaldaraq şəffaflığı artıra bilər. Lakin eyni zamanda bu proses sosial sabitliyi qorumaq məqsədilə mərhələli şəkildə həyata keçirilməli, xüsusilə aztəminatlı əhali qruplarının müdafiəsi üçün kompensasiya mexanizmləri işlənməlidir:

“Vergi dərəcələrinin tənzimlənməsi yalnız büdcə gəlirlərini artırmaq deyil, həm də iqtisadi sabitliyin və sosial balansın qorunması baxımından strateji əhəmiyyət daşıyır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr