AZ

Alen Simonyan: Onların yeri elə həbsxanadır

“Ermənistanda (mövcud hökumətə qarşı) heç bir siyasi rəqib yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Elə adamlar var ki, təhqir edir, heç nə təklif etmirlər. Xahiş edirəm, mənə söyləyin: onlar son vaxtlar Rusiya və Belarusun tərkibində görünməkdən (İttifaq Dövlətinə birləşməkdən) başqa, siyasi əhəmiyyət kəsb edən hansı təkliflər veriblər?, - Simonyan bildirib.

Müxalif siyasətçilərin həbsi barədə suala gəlincə, o, bunu “gecikmiş addım” adlandırıb.

“Cəmiyyət bizi ittiham edirdi ki, dəmir mandat haradadır, niyə işləmir? Çəkic işləyir, işləyəcək və müxtəlif cinayətkar ünsürlərin üzərinə bir-bir enəcək”, - əlavə edib.
Seçilən
18
2
sherg.az

3Mənbələr