Bakı. Trend:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsipaytaxtdakı "Qalereya-1969" sərgi salonunda “Böyük Qayıdışa aparanyollar” adlı sərgi-təqdimat keçirib.
Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Fotoqrafları Birliyininfəxri üzvü, ölkəmizdə ictimai-siyasi fotojurnalistikanın tanınmışveteranı Rafiq Bağırovun müxtəlif illərdə çəkdiyi fotoşəkillərdənibarət sərgiyə tamaşa ediblər. Bu fotoşəkillərdə, əsasən, Ulu ÖndərHeydər Əliyevin müstəqil dövlət quruculuğu dövründəki fəaliyyəti,Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərdənsonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuqişlərinin nəticələri əks olunub. Fotoşəkillərdən bir neçəsi ilkdəfədir ki, nümayiş olunurdu.
Daha sonra sərgi salonunda Dövlət Komitəsi tərəfindən BöyükQayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yenisalınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılanməlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləriçərçivəsində Qarabağ və Şərqi Zəngəzurda çəkilmiş videoçarxlarnümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimizqarşısındakı böyük xidmətlərinin təbliğinin indiki və gələcəknəsillər üçün əhəmiyyətini vurğulayan, Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin, o cümlədən BöyükZəfərin və onun nəticəsi olaraq başlanmış Böyük Qayıdışın hazırdadünyanın diqqət mərkəzində olduğunu xatırladan Dövlət Komitəsininsədri Rövşən Rzayev sərgi-təqdimat barədə tədbir iştirakçılarınaməlumat verib, bu cür tədbirlərin Böyük Qayıdışa dair I DövlətProqramı çərçivəsində təşkil olunduğunu qeyd edib.
Tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açılışnitqi ilə çıxış edib.
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini,akademik Rafael Hüseynov tədbirdə çıxış edərək bildirib ki,ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə daim diqqət və qayğıgöstərilib, bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyisiyasəti Prezident İlham Əliyev uğurla davam etdirib. Azərbaycanınbu günkü nailiyyətlərinin müstəqil dövlət quruculuğu dövründəHeydər Əliyev tərəfindən təməlinin qoyulduğunu vurğulayan natiqbirinci Qarabağ müharibəsində atəşkəs olunmasının, “Əsrinmüqaviləsi”nin imzalanmasının, ölkəyə xarici valyuta cəlbedilməsinin, müasir ordunun formalaşdırılmasının, bütün sahələrdəköklü islahatların aparılmasının, həmçinin qaçqınların və məcburiköçkünlərin problemlərinin həlli üçün görülən işlərinəhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev dəölkə rəhbəri seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinəyetirib. Məhz onun təşəbbüsü ilə məcburi köçkünlər qısa müddətdəçadır düşərgələrdən, vaqonlardan və yaşayış üçün əlverişsiz olandigər yerlərdən müasir tipli qəsəbələrə köçürülüblər, bukateqoriyadan olan 300 min insan yeni ev və ya mənzillə təminedilib. Dövlətimizin başçısının hərbi-siyasi qətiyyəti, şanlıOrdumuzun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsiisə məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaradıb.Böyük Zəfərdən sonra başlanmış Böyük Qayıdış hazırda uğurla davametdirilir, Qarabağın, Şərqi Zəngəzurun yenidən dirçələn şəhər vəkəndləri öz daimi sakinlərinə qovuşur.
Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərə Birincivitse-prezident Mehriban xanım Əliyeva da təsirli dəstək göstərir.Beşinci ili tamam olan tarixi Zəfərdən sonra başlanmış BöyükQayıdış prosesi də Azərbaycan dövlətinin keçmiş məcburi köçkünlərləbağlı dünyada analoqu olmayan siyasətinin bariz ifadəsidir. Uzunillər doğma torpaqlarından məcburi şəkildə didərgin düşmüşvətəndaşların təhlükəsiz, ləyaqətli və dayanıqlı şəkildə geriqayıtması üçün sistemli tədbirlər həyata keçirilir.
Akademik həmçinin əlavə edib ki, ölkə başçısı cənab İlhamƏliyevin tapşırığına uyğun olaraq icra edilən Böyük Qayıdış təkinsanlar öz yurdlarına qayıdışı deyil, həm də tarixi həqiqətə,mənəvi köklərə qovuşmaqdır.
Tədbirdə, həmçinin “Böyük Qayıdışa gedən yollar” adlıvideoçarxın təqdimatı olub. Videoçarx Böyük Qayıdışın emosional vəinsani tərəflərini işıqlandırır, azad edilmiş torpaqlarda həyatınyenidən doğuluşunu sənədli kadrlarla əks etdirir.
Sərgi-təqdimatda çıxış edən Rafiq Bağırov onun yaradıcılığınagöstərilən diqqətə və sərginin təşkilinə görə Dövlət Komitəsinəminnətdarlıq bildirib. Dövlət Komitəsi adından tanınmış fotoqrafatəşəkkürnamə təqdim edilib.
Tədbirdə Rafiq Bağırovun 1990-cı illərdə Ulu Öndər HeydərƏliyevin Cəbrayıldan olan məcburi köçkünlərlə görüşündə çəkdiyişəkillər içərisində azyaşlı uşaqla – Səma Məmmədova ilə olan fotosudaha çox diqqət çəkib. Tədbirdə çıxış edən Cəbrayıl rayonundankeçmiş məcburi köçkün Səma Məmmədova uşaq olmasına rəğmən o illərinağrı acısını unutmadığını, Ulu Öndərin daim məcburi köçkünlərədiqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb: “Biz HeydərƏliyevin məcburi köçkünlərə həssas, qayğıkeş münasibətini həmişəhiss etmişik. Bugünkü tədbirdə sərgilənən o şəklimiz, dedikləriminbariz nümunəsidir. Şükürlər olsun, cənab Prezidentimizinrəhbərliyi, ordumuzun qətiyyəti sayəsində torpaqlarımız işğaldanazad edilib. Vətənimizə - Cəbrayılımıza qovuşmuşuq”.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini, Şuşadanolan keçmiş məcburi köçkün Vüsalə Fətəliyeva, eləcə də Ağdamrayonundan olan keçmiş məcburi köçkün, yazıçı-publisist TəhmasibNovruzov da çıxış ediblər. Natiqlər Böyük Qayıdışın millihəmrəyliyin, vətən sevgisinin və dirçəliş ruhunun parlaq təzahürüolduğunu vurğulayıblar. Onlar uşaqlıq və gənclik illərinikeçirdikləri doğma yurd yerlərini xatırlayaraq, həmin yerlərəyenidən qovuşmağın onlara bəxş etdiyi böyük sevinc və xoşbəxtlikhisslərindən söz açıblar.
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri,mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimaiŞuranın üzvləri və digər qonaqlar iştirak ediblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.