AZ

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 6% artıb

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4 milyon 808 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur. 

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 429 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu növ üzrə yığımların məbləği 4 milyon 545 min manat, ödənişlərin məbləği isə 250 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
banco.az

2Mənbələr