ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu üçün oyun biletlərini satışa çıxardı. Amma “Çelsi” ilə oyun üçün qiymətlər “od tutub, yanır”. Ən ucuz biletlərin qiyməti öyrəşdiyimiz kimi 5 manat yox, ikiqat baha – 10 manat olub. Bu isə azarkeşlər tərəfdən birmənalı qarşılanmayıb.“Football-plus.az” bəzi şərhləri təqdim edir.44aykhan: “5 manatlıq bileti niyə 10 manat edirlər ki? Sonra da deyirlər ki, azarkeş gəlmir”.n3zzy_3: “Qiymətlər qalxıb, halaldı”.faarid007_: “Bir biletə 1000 manat versəm, gərək oyunu Qurbanla ikimiz bir yerdə idarə edək”.sevaalunaa: “Birdən-birə ikiqat qiymət artımına nə deməliyik?”ehmed_thmzli: “Qonaq üçün 3 sektor ayrılıb, “İmarət Tayfa” üçün 1. Ayırmağınız azarkeşlərə böyük “dəstəyinizi” göstərir.nicad860: “1000 manatlıq biletin özəlliyi odu ki, 2-ci hissədə Nərimanın yerinə girib oynayırsan”.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.