AZ

Ceyhun Bayramov və Siyarto Azərbaycan-Macarıstan strateji tərəfdaşlığını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Görüş Səmərqənddə UNESCO-nun Baş Konfransı çərçivəsində baş tutub.

Nazirlər siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Macarıstan ikitərəfli əməkdaşlığının cari gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, eyni zamanda, regional hadisələri müzakirə ediblər və iki dost ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər.

Poliqon.info

Seçilən
12
7
poliqon.info

8Mənbələr