AZ

"Azərbaycanda professional futbol klublarının belə psixoloqu yoxdur" - Videomüsahibə

Azərbaycanda idman psixologiyası anlayışı hələ geniş yayılmasa da, bu sahəyə maraq son dövrlər artmağa başlayıb. Mütəxəssislərin fikrincə, idmançının yalnız fiziki deyil, həm də psixoloji hazırlığı uğurun əsas açarlarından biridir.

"European Football Academy" (EFA) klubu bu təşəbbüsü həyata keçirən ilk komandadır. Belə ki, EFA idman psixologiyasını tanıtmaq, yeniyetmə futbolçulara motivasiya, fokus və özünəinam bacarıqlarını inkişaf etdirmək üçün maarifləndirici layihəyə start verib. 

Bununla bağlı "Unikal"a danışan EFA futbol komandasının psixoloqu, həmçinin Türkiyənin bir sıra akademiyalarında çalışmış, SDU-nun müəllimi Erdoğan Elsan bildirib ki,  Azərbaycanda bu sahəyə ehtiyac var:

"İdman psixologiyası digər sahələrdən fərqlənir, əsasən pratikaya dayanır. Bizim əsas vəzifəmiz, oyuna başlamazdan əvvəl futbolçulara motivasiya vermək və onları oyuna hazırlamaqdır. Bu, önəmli məsələlərdən biridir".

Erdoğan Elsan onu da əlavə edib ki, Azərbaycanda idman psixoloqu demək olar ki, yox vəziyyətindədir:

"Azərbaycanda ümumi idman sahələrinə baxdıqda, demək olar ki,  idman psixoloqu yoxdur. Professional futbol klubları, federasiyalar və digər idman növlərində bir psixoloq yoxdur.  Çünki bunun fərqində deyillər. Buna görə də idmanda istədiyimiz yerə gəlib çıxa bilmirik". 

Ətraflı süjetimizdə.

Müxbir: Gülayə Mecid

Video: Turqut Sultan 

Seçilən
25
1
unikal.az

2Mənbələr