Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
"Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır", - deyə o qeyd edib.